GP2 seriyasının sərbəst yürüşləri keçirilib - FOTOLAR (VİDEO)

GP2 seriyasının sərbəst yürüşləri keçirilib - FOTOLAR (VİDEO)
  17 İyun 2016    Oxunub:31804
Bu gün Bakıda keçirilən “Formula-1” yarışları çərçivəsində GP2 seriyası üzrə sərbəst yürüşlər başlayıb.

AzVision.az xəbər verir ki, hazırda pilotlar Bakı trekini sınaqdan keçirirlər.

Qeyd edək ki, GP2 mərhələlərindən biri Bakıda keçirələcək Avropa Qran Prisinin dəstək yarışı qismində baş tutur. İlk baxışdan maşının görünüşü “Formula -1” bolidini xatırladır, ancaq detallı baxış keçirdikdən sonra böyük fərqin olduğu ortaya çıxır: GP2 bolidləri kiçikdirlər, antiqanadlar və ümumi aerodinamik elementlər daha sadə görünürlər və s.



2016-cı ilin təqvimi 11 yarışdan ibarətdir və hamısı “Formula -1” həftəsonu çərçivəsində keçirilir.

Mövsüm İspaniyanın Barselona trekində start alır və Əbu Dabidə yekunlaşır. GP2 seriyasının üçüncü mərhələsi “Formula -1” Avropa Qran Prisinin dəstək yarışı kimi Bakı Şəhər Halqasında baş tutacaq. Ümumən çempionatda hər birində 2 sürücü olmaqla 12 kollektiv təmsil olunur. Ancaq mövsümün Barselonada ilk yarışına 21 sürücü bəyan olunub – bu Status Grand Prix komandasının hələ də tərkibini müəyyən edə bilməməsi ilə bağlıdır.





***
GP2 seriyası üzrə birinci test yarışı artıq başa çatıb. Saat 13:00-da Formula-1 üzrə birinci test yürüşü keçiriləcək. Saat 15:00-da isə GP2 seriyası üzrə təsnifat yürüşünə start veriləcək.











Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti