Ac ermənilər qiyama hazırlaşır

Ac ermənilər qiyama hazırlaşır
  18 İyun 2016    Oxunub:3748
Ermənistanda sosial-iqtisadi problemlər pikk həddə çatıb.

AzVision.az "Qraparak" qəzetinə istinadən xəbər verir ki, vətəndaşlar ölkənin acınacaqlı durumundan şikayətlənirlər.

Bildirilir ki, ölkədə istehlak mallarının qiyməti hər keçən gün artır və hökumət tərəfindən bahalşamanın qarşısını almaq üçün heç bir addım atılmır.

Qəzetin yazdığına görə, ölkənin sərvəti hakim rejimin nümayəndələri tərəfindən talanır, sadə ermənilər aclıq və səfalət içində yaşayır.

Ermənistanda yoxsulluq o həddə çatıb ki, xırda sahibkarlar obyektlərini bağlamaq məcburiyyətində qalıblar. Ölkədə rüşvət və korrupsiya sahibkarlığın kökünü kəsir. İnsanlar vəziyyətdən çıxış yolunu ölkəni tərk etməkdə götürürlər.

Qəzetin iddiasına görə, rəsmi qurumlar ölkəni tərk edən vətəndaşların sayını gizlədir.

“Gedə bilməyənlər belə ölkəni tərk etmək haqqında düşünürlər. Ölkədə yeni istehsalat sahələri yaradılmır, yeni proyektlər yoxdur və investisiya yatırılmır. Bundan əlavə tikinti sektoru çöküb, işlərin çoxu yarımçıq qalıb”

Ermənistan vətəndaşları yenidən Qarabağ döyüşlərinin başlamasından narahat olduqlarını dilə gətiriblər. Onlar düşünürlər ki, müharibə başlayarsa, ölkənin iqtisadi durumu bundan da pis vəziyyətə düşəcək.

Çıxılmaz vəziyyətə düşən ermənilər etiraz edərək xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturovun istefasını tələb ediblər.

Etirazçılar adları çəkilən məmurların səriştəsizliyi ucbatından xeyli insanın öldüyünü vurğulayıblar.

Ölkənin ağır durumdan çıxarılması üçün erməni oliqarxlara müraciət edilib. Qeyd olunub ki, 100-dən çox oliqarxın hərəsi 10 milyon dollar dövlət büdcəsinə pul köçürsə, iqtisadi vəziyyət sabitləşə bilər.

Ermənistanın müxalifyönlü KİV-lərin iddiasına görə, ölkədə aclıq və səfalət kütləvi xalq üsyanlarına gətirib çıxara bilər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti