Sakinlərə `kupça` paylanıldı

Sakinlərə `kupça` paylanıldı
  22 İyun 2016    Oxunub:2664
Əmlak Məsələləri Dövlət Komitəsi regionlarda vətəndaşlara məxsus fərdi həyət evləri və torpaq sahələrinə dair hazır çıxarışların birbaşa ünvanlara paylanmasını davam etdirir.
KomitədənAzVision.az -a verilən məlumata görə, “Kütləvi çıxarış” kampaniyası bu dəfə 22 iyunda Ağsu rayonunda baş tutub.

Ağsu sakinlərinə məxsus daşınmaz əmlakların tədricən kütləvi qaydada sənədləşdirilməsi məqsədilə həyata keçirilən kampaniyada 70-ə yaxın vətəndaş hazır çıxarışını əldə edib.

Belə kampaniyalarda məqsəd əhalinin mülkiyyət hüquqlarını daha səmərəli və çevik təmin etmək, xidmətlərdə əlçatanlığı və məmnunluq səviyyəsini artırmaqdır.

Qeyd edək ki, indiyədək respublikanın 30-dan çox şəhər və rayonunda təşkil edilən kampaniyalarda ümumilikdə 8000-ə yaxın vətəndaş iştirak edərək qeydiyyat xidmətlərindən faydalana bilib.

AzVision.az


Teqlər:





Xəbər lenti