Ermənistanda aksiya zorakılıqla yatırılıb - VİDEO

Ermənistanda aksiya zorakılıqla yatırılıb    - VİDEO
  25 Aprel 2024    Oxunub:618
Xəbər verdiyimiz kimi Ermənistanda etiraz aksiyaları keçirilir. Bu gün İrəvanda revanşistlərin "Tavuşa dəstək" adı altında təşkil olunan aksiya zamanı polislər vətəndaşlara güc tətbiq ediblər.
Hüquq müdafiəçisi Ruben Melikyanın "Mamul"a verdiyi məlumata görə polisin zorakılıq göstərməsi Çarentsi küçəsini bağlayan aksiya iştirakçılarının müxtəlif bədən xəsarətləri almasına səbəb olub.

Etirazçı qadın erməni polisləri döyüb qaçdı
Artıq 7 nəfər saxlanılıb. Kadrlarda polisin "Xaeli" klubunun rəhbəri Anjela Tovmasyanı zorakılıqla saxlamağa çalışması da əks olunub.

Parlamentin keçmiş deputatı Naira Zohrabyan da etirazçılar arasında olub. O qeyd edib ki, polis qadınlara qarşı amansızlıq göstərib, güc tətbiq edib.


Tural Tağıyev

AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti