Jurnalist Akopyan haqqında: "Rüşvətxor idi"

Jurnalist Akopyan haqqında:    "Rüşvətxor idi"
  26 Aprel 2024    Oxunub:795
Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın gündəminə gəlib.
Tanınmış jurnalist Narine Kirakosyan Paşinyanın həyat yoldaşı Anna Akopyanla bağlı "Mamul" nəşrinə qalmaqallı açıqlamalar verib.

O, xatırladıb ki, Anna Niko Paşinyan “Haykakan Jamanak” qəzetinin redaktoru olanda jurnalist kimi oradan əyri yollarla pul qazanıb.

Amma əsas məsələ ər-arvadın bir yerdə işləməsi yox, Akopyanın rüşvət götürməsidir: "Kimin kim olduğunu və ona buket, yaxud da zərf(pulu nəzərdə tutur-red) göndərdiyini çox yaxşı xatırlayıram. İyirmi il əvvəl o, sadəlövh görünən rüşvətxor idi. Qələmini "satırdı". O zaman ölkə rəhbərliyinin bəlkə də xəbəri ola-ola xəstəxana sahibləri, biznesmenlər və ya istehsalçılar indiki kimi Anna Akopyana "diqqətdə saxlayırdılar".
AzVision.az



Teqlər:





Xəbər lenti