ABŞ Ukraynanı yeni yardım paketinə ümid etməməyə çağırıb

   ABŞ Ukraynanı yeni yardım paketinə ümid etməməyə çağırıb
  26 Aprel 2024    Oxunub:708
"Kiyev başa düşməlidir ki, ABŞ-ın 61 milyard dollarlıq yardım paketi sonuncu ola bilər".
AzVision.az "Business Insider"ə istinadən xəbər verir ki, bu fikri "Amerika Stimson Mərkəzi"nin baş elmi işçisi Kelli Qriko deyib.

Amerikalı ekspert Cennifer Kavanagh isə qeyd edib ki, Kiyev “daha ​​pul olmayacaq” faktına arxalanmalıdır. Eyni zamanda qarşıdan gələn ABŞ seçkiləri və Konqresdəki siyasi parçalanmalar əlavə yardımın keçməsini çətinləşdirə bilər.

Qeyd olunur ki, aBŞ Konqresindəki respublikaçılar Ukraynanın bundan sonra Amerikadan yardım almayacağına əmindirlər.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti