Qırğızıstanlı nazir “ASAN xidmət”də - FOTO

Qırğızıstanlı nazir “ASAN xidmət”də -    FOTO
  26 Aprel 2024    Oxunub:1042
Ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, agentliyin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.



Eyni zamanda, bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası istiqamətində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.



Görüşdə Qırğız Respublikası ilə “ASAN xidmət” təcrübəsinin paylaşılmasına dair qərar qəbul edilib. Qonaq "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “ABAD” və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə tanış olub.



AzVision.az



Teqlər:





Xəbər lenti