İrəvan Qərbi azərbaycanlıların qayıdışından ehtiyatlanır - "Hraparak"

   İrəvan Qərbi azərbaycanlıların qayıdışından ehtiyatlanır   - "Hraparak"
  26 Aprel 2024    Oxunub:686
Ermənistan mətbuatında Qərbi Azərbaycandan olan qaçqınların öz dədə-baba yurdlarına qayıdacaqları barədə silsilə yazılar dərc olunur.
AzVision.az xəbər verir ki, müxalifətin nəzarətində olan bəzi saytlar hətta nəinki Zənzəgur bölgəsində yaşamış, İrəvanda evləri olmuş azərbaycanlıların belə geri qaytarılacağını iddia edir.

Ermənilər qorxuda: “İrəvana azərbaycanlılar köçür” - VİDEO
Məsələn, “Hraparak” qəzetinin yeni sayında ölkədə yaranmış qarışıqlıq fonunda bu prosesin də artıq real olduğunu yazıb: “Dünən Ermənistanın müxtəlif bölgələrində baş verən itaətsizlik aksiyaları hakim komandada birmənalı qarşılanmayıb. 2020-ci il müharibəsindən sonrakı günlərin nəfəsini yenidən hiss etdiklərini vurğulayan hökumət nümayəndələri, dövlət qurumlarına qarşı mümkün hücumlara və sürprizlərə hazırlaşırlar. Lakin komandada təmsil olunanların çoxu bu aksiya və qarışıqlıqlardan elə də narahat deyillər. Çünki onlar kütlənin hökumətə qarşı mübarizəsinin güclənməcəyinə əmindirlər. Onlar xalqın belini elə qırıblar ki, çətin bir də ölkədə 2018-ci il hadisələri, yəni çevrilişə cəhd prosesləri baş versin. Yeri gəlmişkən, iqtidar komandası yeni qaçqınların qayıdışı məsələsinin gündəmə daşınacağı gündən xüsusilə qorxur".

Müəllif iddia edib ki, əgər Birinci Qarabağ müharibəsindən öncə didərgin salınmış qaçqınların geri qaytarılması tələb olunsa, bu zaman Paşinyanın komandasının heç bir manipulyasiyası nəticə verməyəcək.

"Səlahiyyətli şəxslər insanlara "bura azərbaycanlıların torpağıdır, biz onu da qaçqınlara qaytarmalıyıq" deyib heç bir şəkildə ağıl verə bilməyəcəklər. Əgər indi Ermənistan sərhədlərinin bir millimetrindən belə imtina etməyəcəklərini deyib, sonra kəndləri Azərbaycana verirlərsə, o zaman azərbaycanlı qaçqınlar geri qayıdanda söz oyunu alınmayacaq", -məqalədə yazılıb.

"Hraparak" hakim komandanın təşviş içində olmasını da gizlətməyib. Çünki İrəvan rəhbərliyi Bakının xüsusi xidmət orqanlarının nümayəndələrini ailələri ilə birlikdə qaçqın adı altında Ermənistana göndərəcəyini də proqnozlaşdırır: "O zaman hər şey daha qarışıq olacaq. Xatırladaq ki, Azərbaycan rəhbərləri bir vaxtlar Ermənistanda yaşamış 250 minə yaxın qaçqının indi çoxaldığını və onların yeni nəslinin də Ermənistana gələ biləcəyini deyirdilər. Amma heç kim Azərbaycanda yaşamış və son zamanlar Qarabağdan çıxmış ermənilərin də geri qaytarılmasından danışmır, heç olmasa, bunu əks arqument kimi ortaya qoymur".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qaçqın   Ermənistan  





Xəbər lenti