Etirazçı qadın erməni polisləri döyüb qaçdı

   Etirazçı qadın erməni polisləri döyüb qaçdı
  25 Aprel 2024    Oxunub:1135
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından sonra sərhədyanı ərazilərlə yanaşı İrəvanda da etirazlar keçirilir.
Bu gün isə Ermənistan İstintaq Komitəsi polislərin aksiya iştirakçıları tərəfindən döyülməsi barədə məlumat yayıb. Qeyd edilir ki, İrəvanda etiraz aksiyasına qatılanlardan biri polis əməkdaşına güc tətbiq edərək qaçıb.

"Hadisə aprelin 24-də İrəvanın İsakov küçəsində baş verib. Polis məmuru yolu bağlayan nümayişçilərə yaxınlaşaraq yolun açılmasını tələb edib. Aksiya iştirakçılarından biri asayiş keşikçisinin ünvanına nalayiq ifadələr işlədib. Onu polis maşınına mindirmək istəyərkən etirazçı əl və ayaqları ilə polislərə bir neçə zərbə endirib. Digər etirazçılar davaya yaxınlaşdıqdan sonra məlum etirazçı gözdən itib", - məlumatda yazılıb.

Maraqlıdır ki, polisləri döyən şəxs qadın olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti