Energetika Nazirliyində Macarıstan heyəti ilə görüş keçirilib - FOTOLAR

Energetika Nazirliyində Macarıstan heyəti ilə görüş keçirilib -    FOTOLAR
  25 Aprel 2024    Oxunub:1266
Energetika Nazirliyində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası çərçivəsində ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazilrikdən AzVision.az -a verilən məlumata görə, energetika nazirinin müavinləri Kamal Abbasovun və Orxan Zeynalovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Macarıstanın strateji tərəfdaş ölkələr olduğu vurğulanıb, digər sahələrdə olduğu kimi energetika istiqamətində əməkdaşlığın uğurları qeyd edilib. Macarıstan şirkətlərinin ölkəmizdəki enerji layihələrində iştirakından bəhs edilib.

Qonaq mövcud əməkdaşlığın Macarıstanın enerji təhlükəsizliyinə töhfə verdiyini bildirərək, Azərbaycandan tədarük olunan qazın həcminin artırılmasına maraq ifadə edib.

"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində nazirlər görüşlərində verilmiş qərarların icrası nəzərdən keçirilib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan ötürücü sistem operatorları arasında birgə müəssisənin təsis edilməsinin sürətlənməsi isiqamətində fikir mübadiləsi aparılıb.

Energetika Nazirliyinin aparatı ilə yanaşı Nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və SOCAR-ın nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycanla Macarıstan arasında enerji əməkdaşlığından irəli gələn bir sıra digər məsələlər də müzakirə olunub.


AzVision.az


Teqlər: Energetika-Nazirliyi   Macarıstan   görüş  





Xəbər lenti