Kanalda batmış yeniyetmənin axtarışı davam edir - VİDEO

Kanalda batmış yeniyetmənin axtarışı davam edir -    VİDEO
  26 Aprel 2024    Oxunub:899
Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən davam etdirilir.
FHN-nin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, hazırda yeniyetmənin batdığı ehtimal edilən istiqamətlər üzrə, o cümlədən kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində axtarışlar intensiv şəkildə həyata keçirilir.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: hadisə   FHN  





Xəbər lenti