Ermənistan və İtaliya hərbi-texniki əməkdaşlıqla bağlı razılığa gəliblər

Ermənistan və İtaliya hərbi-texniki əməkdaşlıqla bağlı razılığa gəliblər
  26 Aprel 2024    Oxunub:1038
Ermənistan və İtaliya müdafiə nazirliklərinin nümayəndə heyətləri hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, səlahiyyətlilər aprelin 23-dən 25-dək İtaliyada olan nazir müavini Karen Brutyan ilə silahlanma üzrə milli direktor general Lusiano Portolano, İtaliya müdafiə nazirinin müavini Matteo Pereqo di Kremnaqo arasında danışıqlar aparılıb. Bundan başqa, Confindustria Aerokosmik Sənaye, Müdafiə və Təhlükəsizlik Federasiyasının prezidenti Cüzeppe Cossiqa, habelə hərbi sənaye şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirilib.
Tərəflər hərbi-texniki əməkdaşlıq haqqında razılığa gəliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti