Bakıda gənc model dəm qazından boğuldu - Foto

   Bakıda gənc model dəm qazından boğuldu -    Foto
  26 Aprel 2024    Oxunub:455
Bakıda gənc qız dəm qazından boğulub.
AzVision.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib.

Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


AzVision.az


Teqlər:





Xəbər lenti