Ermənistanda aksiya zorakılıqla yatırılıb - VİDEO |
Aksiya iştirakçıları vurğulayıblar ki, onların mübarizəsi təkcə strateji əhəmiyyətli əraziləri (Azərbaycana qaytarılan kəndləri nəzərədə turturlar-red.) qorumaq deyil, həm də Ermənistanı və bütövlükdə erməni xalqını xilas etməkdir.
Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Tural Tağıyev
AzVision.az