"Bilim hər yerdə” layihəsi Laçında - Fotolar

"Bilim hər yerdə” layihəsi Laçında -     Fotolar
  26 Aprel 2024    Oxunub:594
​25-26 aprel tarixində Laçın rayonunun və Zabux kəndinin orta məktəblərində “Bilim hər yerdə” layihəsi gerçəkləşib.
​Layihə “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “Bilim Bakı” mərkəzi tərəfindən reallaşdırılır.

​Məqsəd ucqar ərazilərdə yaşayan 6-14 yaş arası şagirdləri müasir elmlə tanış etmək, onların proqramlaşdırma və texnoloji bacarıqları öyrənmələrinə şərait yaratmaq, innovasiya və texnologiya sahəsində məlumatlılığı artırmaqdır.

​Mərkəzin müəllimləri tərəfindən hər iki orta məktəbin 100-ə yaxın şagirdinə dizayn, təbiət elmləri və texnologiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib.

​Həmçinin maarifləndirici, intellektual oyunlar təşkil olunub və “Bilim şou” nümayiş etdirilib.

​Sonda şagirdlərə sertifikatlar və hədiyyələr təqdim olunub.

​Layihənin sponsoru “Final çay”dır.

​Xatırladaq ki, “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb.





AzVision.az


Teqlər:





Xəbər lenti