Martın 9-da ölkədə nələr baş verdi? - Ən maraqlı xəbərlər

Martın 9-da ölkədə nələr baş verdi? - Ən maraqlı xəbərlər
  10 Mart 2016    Oxunub:3936
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 9-da nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Gəncədə polis maşını qadını öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

***

İçkili maşın sürənlərin cəzası yüngülləşdi - VİDEO

İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklə sərxoş halda avtomobil idarə edənlərə qarşı cərimələr yüngülləşdirilib.

***

ABŞ-da ilkin seçkilər: Tramp yenə uddu, Klinton gerilədi

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan milyarder Donald Tramp Missisipi və Miçiqan ştatlarında keçirilən ilkin seçkilərdə qalib gəlib.

***

Zəncaninin edam cəzası ləğv oluna bilər

İranda ölüm hökmünə məhkum edilən gənc milyarder Babak Zəncanin edam cəzası dəyişdirilə bilər.



Qırıcılar havaya qaldırıldı - FOTOLAR

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində iki ölkənin Hərbi Hava Qüvvələrinin cəlb olunduğu birgə taktiki-uçuş təlimləri başlayıb.

***

Runiyə fantastik təklif – İldə 100 milyon avro

İngiltərə və `Mançester Yunayted` klubunun hücumçusu Ueyn Runi karyerasını yay transfer mövsümündə Çin Super Liqasının klublarından birində davam etdirə bilər.

***

Sumqayıt yolundakı süni təpələr sökülür - FOTOLAR

Bakı-Sumqayıt yolunun kənarında yaradılan süni təpələr sökülür.

***

Nardaranda son vəziyyət - Qəsəbə tamam dəyişir

Bu günə qədər Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində sökülən obyektlərə görə 2 milyon manatadək kompensasiya ödənilib. Bunu “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

***

Putin Sarkisyanı təcili Moskvaya çağırdı – Qarabağ müzakirə ediləcək

Ermənistan prezidenti Serj Sarkisyan martın 10-da Moskvaya işgüzar səfər edəcək.

***

`Qarabağın hərbi yolla həlli yoxdur`– Nalbandyan

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində dəfələrlə ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini və bu münaqişəsinin sülh yolu ilə həllinin alternativinin olmadığını vurğulayıb. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyanın `Komersant` qəzetinə müsahibəsində bildirib.

***

Putinin Avropaya girişi qadağan oluna bilər

Avropa Parlamentinin bir sıra deputatları Avropa İttifaqını Rusiya prezidenti Vladimir Putin və daha 28 nəfərə qarşı personal sanksiyalar tətbiq etməyə çağırıb.



Səyyar `ASAN Xidmət` Hövsanda

Martın 10-dan 19-dək Səyyar ASAN xidmət Suraxanı rayonu Hövsan qəsəbəsində Bakı şəhəri sakinlərinə səyyar formada xidmət göstərəcək.

***

Ana və 3 yaşlı oğlunun faciəli ölümü

Bakıda ana və 3 yaşlı oğlu dəm qazından zəhərlənərək ölüb.

***

`Bilet satışından 3-4 milyon qazanacağıq` - Azad Rəhimov

Azərbaycanın 2016 “Formula 1” Avropa Qran Prisinin bilet satışından 3-4 milyon manat arası gəlir əldə etməsi gözlənilir.

***

İrəvandan Türkiyəyə mesaj: `Qarabağın həllini istəyirsinizsə...`

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiya və Türkiyə arasında yaşanan gərginliyin Dağlıq Qarabağ münaqişəsinin təsirinə münasibət bildirib. Bu barədə erməni nazir `Kommersant` qəzetinə müsahibəsində bildirib.

***

Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyanın Azərbaycana silah satmasını sərt şəkildə tənqid edib. Bu barədə nazir `Kommersant`a- müsahibəsində bildirib.

***

`Düşmən qoyun-quzu sürüsündən də qorxur` - Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Silahlı Qüvvələrimiz tərəfindən kəşfiyyat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.

***

Baş prokurordan `MTN işi` ilə bağlı QƏRAR

“MTN işi” ilə bağlı başlanılan cinayət işi üzrə ibtidai istintaqın müddəti artırılıb. Bununla bağlı baş prokuror Zakir Qaralov tərəfindən qərar qəbul edilib.

***

`Ölkəmizin taleyi sizdən asılı olacaq` - Leyla Əliyeva

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva bu gün Bakıda keçirilən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının III Hesabat-seçki konfransının iştirakçılarına təbrik məktubu göndərib.

***

`Kaladzenin kriminal aləmlə əlaqəsi var` - Sabiq deputat

Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin "Kalatoza" ləqəbli kriminal avtoritetlə əlaqədə olması iddia edilir.



Kremlin qarajı: SSRİ rəhbərlərinin maşınları - FOTOLAR

Rusiyanın paytaxtı Moskvada fəaliyətə başlayan retro avtomobillərin festivalı ruslar üçün əsl sürpriz olub.

***

Bakı Novruza necə hazırlaşır?

Martın 19-da Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək Novruz şənliyinə hazırlıq işləri sürətlə aparılmaqdadır.

***

XİN Nalbandyana cavab verdi: `Guya heç nədən xəbəri yoxdur`

“Ermənistan xarici işlər naziri tərəfindən yenə də qeyri-ciddi şəkildə münaqişənin həlli prosesinin mahiyyəti və məzmunu təhrif edilib. Elə bir təəssürat yarınır ki, sanki Nalbandyanın ümumiyyətlə danışıqlar prosesində nədən söhbət getdiyindən xəbəri yoxdur”.

***

Şarapova 130 milyon avro itirə bilər

“Əgər Mariya Şarapova 4 illik diskvalifikasiyaya məruz qalarsa, karyerası bitəcək və ən azı 130 milyon avro itirəcək”.

***

`YouTube`dən videoları kim və niyə silir? - ÖZƏL AÇIQLAMA

Son günlər Azərbaycanlı istifadəçilərin “YouTube” portalına yüklədiyi videoların silinməsi, bəzi kanalların bağlanılması ilə bağlı şikayətlərin sayı artıb. Bunun hansı səbəbdən baş verdiyi istifadəçilərə məlum deyil.

***

Dünyanın ən baxımlı serialının görüntüləri yayıldı - VİDEO

ABŞ-ın “HBO” telekanalı “Taxtların oyunu” (Game of Thrones) serialının altıncı mövsümümün treylerini yayımlayıb.

***

`Elə bil İlhaməni mən öldürmüşəm...` - Əli Mirəliyev

“İlhamə Quliyevanın ölümündən sonra hamı üstümə tökülüb. Elə bil onu mən öldürmüşəm. Tanıyan da, tanımayan da məndən İlhamənin sərvətini, maşınını soruşur. Bir daha deyirəm mənə onun pulu, maşını, evi heç nəyi lazım deyil”

***

Tramp Obamanın vətənində qalib gəldi

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan milyarder Donald Tramp Havay adalarında partiya fəallarının yığıncağında qalib gəlib.

***

`Üzən məzənnə`dən imtina mümkün deyil - Ekspert

“Mərkəzi Bank “üzən məzənnə” rejiminə tam keçə bilmədiyindən bu rejimdən imtina etmək mümkün deyil”. Bunu iqtisadçı Vüqar Bayramov “üzən məzənnə”dən imtina edilməsi ilə bağlı iddiaya münasibət bildirərkən deyib.

***

Azərbaycanda problemli kreditlər azalıb

Bu ilin yanvar ayının yekununa görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 314,6 milyon manat təşkil edib.

***

Əfv siyahısı prezidentə təqdim ediləcək

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yekun iclası keçirilib.

***

Təhsil üzrə Komissiya ləğv edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya ləğv edilib.

***

`Azəryolservis`in adı dəyişdirildi

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilib.



Səyyar ASAN hansı rayonlarda olacaq? – XƏRİTƏ, FOTOLAR

Səyyar ASAN xidmətin xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu vətəndaşların xidmətlərdən yararlanmaları üçün mart ayı ərzində bu regionlarda əhaliyə xidmətlər göstərəcək: Ağdaş, Goranboy, Masallı, Kürdəmir, Quba, Qəbələ, Siyəzən, Suraxanı, Xırdalan.

***

Rusiyaya qarşı sanksiyalar uzadıldı

Avropa Birliyi martın 9-da 146 Rusiya vətəndaşı və 37 təşkilata qarşı sanksiyaları daha 6 ay uzadıb.

***

Neftin qiyməti ən azı 70 dollar olmalıdır - “Rosneft”

Rusiyanın ən böyük neft istehsalçısı “Rosneft”in vitse-prezidenti Mixail Leontiyevin fikrincə, neftin qiyməti ən azı 70 dollar olmalıdır.

***

Dünya üçün təhlükə - İqtisadi fəlakət xəbərdarlığı

Dünya qlobal iqtisadi çöküş riski qarşısında qalıb. Fəlakətin qarşısını almaq üçün dövlət rəhbərləri tələbatı stimullaşdıran tədbirlər görməlidir.

***

Lotereya təşkilatçıları haqq ödəyəcəklər

Prezident İlham Əliyev “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli qanununun tətbiqi haqqında fərman imzalayıb.

***

Azərbaycanda yüksək vəzifəyə yeni təyinat

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə rəis təyin edilib.

***

Mərkəzi Bank artıq dövlət orqanı deyil - Sərəncam

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

***

Prezidentin etiraz etdiyi qanun dəyişdi

Prezident İlham Əliyev “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

***

Vaçovski qardaşları bacı oldu

“Matritsa” filminin rejissorlarından biri Endi Vaçovski cinsini dəyişdirib.

***

`Günəşli` qurbanları SOCAR rəhbərliyindən yardım istədi

Martın 9-da SOCAR-ın baş ofisində təbii fəlakət nəticəsində “Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı iş növbəsində olmuş neftçilərlə görüş keçirilib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti