Revanşistlər indi də Gürcüstana gedən yolu bağladılar - VİDEO

Revanşistlər indi də Gürcüstana gedən yolu bağladılar    - VİDEO
  25 Aprel 2024    Oxunub:554
Ermənistanda etiraz aksiyaları genişlənir.
AzVision.az xəbər verir ki, bu barədə parlamentin "Hayastan" fraksiyasının deputatı Kristina Vardanyan məluçat yayıb. O özünün Facebook səhifəsində paylaşım edərək yazıb ki, “Görünür, etirazlar nəhayət ki, Tavuş vilayətindən kənara çıxır.

İrəvanda 96 aksiya iştirakçısı saxlanılıb
Hazırda vətəndaşlar Tavuşda etiraz aksiyası keçirənlərə dəstək olaraq Şirak bölgəsinin Xoromi kəsişməsindəki İrəvan-Gümrü yolunu bağlayıblar".

Qeyd edilir ki, bu yol həm də Ermənistan-Gürcüstan dövlətlərarası yolunun alternativi sayılır.
"Nəzərinizə çatdırım ki, Kirançdakı yolun əsas hissəsi bir neçə gündür bağlanır. Deputat Mher Melkonyan vətəndaşların yanındadır”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti