İlham Əliyevdən yeni səfir təyinatları

İlham Əliyevdən yeni səfir təyinatları
  12 Yanvar 2016    Oxunub:2485
Azərbaycan Prezidenti İlham Əliyev yeni səfir təyinatları ilə bağlı sərəncamlar imzalayıb.

AzVision.az xəbər verir ki, Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Digər sərəncamlarla Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri, Daşqın Məzi oğlu Şikarov isə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti