İş yerində xəsarət alan şəxsin ölməsi ilə bağlı cinayət işi açılıb

İş yerində xəsarət alan şəxsin ölməsi ilə bağlı cinayət işi açılıb
  07 May 2024    Oxunub:593
Kəlbəcər rayon sakini 1999-cu il təvəllüdlü Elvin Tağıyevin iş zamanı aldığı xəsarətlərdən mayın 7-də müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ucar rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, araşdırmalarla "Electro-İndustries" QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləmiş Elvin Tağıyevin aprelin 29-da "Mingəçevir REŞ" MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən mayın 7-si müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

AzVision.az


Teqlər: hadisə   cinayət-işi  





Xəbər lenti