Neftçalada silahlı insident

Neftçalada silahlı insident
  12 Yanvar 2016    Oxunub:1659
Neftçala rayonunda silahlı insident baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, hadisə rayonun Aşağı Surra kəndində olub. Yanvarın 11-də kənd sakini Elsevər Rzayev RPŞ-yə müraciət edərək həmin gün həmkəndlisi Zahid Əliyevin tüfəngin lüləsi ilə onun baş nahiyəsinə xəsarət yetirməsini, habelə açdığı atəşlə onun itini öldürməsini bildirib.

Neftçala RPŞ əməkdaşları tərərfindən Z.Əliyevdən müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülüb.


Teqlər:  





Xəbər lenti