Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq
  15 Dekabr 2015    Oxunub:1371
Dekabrın 16-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “28 May”, “Zirə-3” və “Şimal DRES” qazpaylama stansiyalarında təmir işləri aparılacaq.
AzVision.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı” və “Bağmanlar”, Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı” və `Xarxatan` qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq.

Təmir müddətində Şəmkirin Könüllü, Gəncənin Bağbanlar, Göy-gölün Nadel, Samuxun Alabaşlı, Masallının Təzə Alvadı və Köhnə Alvadı, Lənkəranın Xarxatan, Liman, Separadi, Boladi, Şirin su, Nərimanabad və Balıqçılar kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Xəzər rayonunun Zirə, Mərdəkan, Sahil və Şüvəlan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Teqlər:





Xəbər lenti