Fon der Leyen COP29-a dəvət edilib

   Fon der Leyen COP29-a dəvət edilib
  26 Aprel 2024    Oxunub:1084
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Bakıda keçirləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı (Aİ) yanında missiyanın rəhbəri Vaqif Sadıqov "X" hesabından bildirib.

"Aİ-Azərbaycan münasibətlərinin bu günü və gələcəyi ilə bağlı əsaslı fikir mübadiləsinə görə Avropa Komissiyası sədrinin diplomatik müşaviri cənab Fernando Andresen-Gimarayeşə dərin təşəkkürümü bildirirəm. Bu görüş həm də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenə noyabrda Bakıda keçiriləcək COP29-a dəvət məktubunun göndərilməsi də yaxşı fürsət idi", - o yazıb.

AzVision.az


Teqlər: Azərbaycan     COP29   dəvət  





Xəbər lenti