Husilər Britaniya tankerinə hücum ediblər

Husilər Britaniya tankerinə hücum ediblər
  27 Aprel 2024    Oxunub:1477
Husilər Qırmızı dənizdə Böyük Britaniyaya məxsus Andromeda Star neft tankerinə gəmi əleyhinə raketlərlə hücum ediblər.
Bu barədə Yəmənin “Al Masirah” telekanalı husilərə istinadən məlumat yayıb. Zərbə gəmi əleyhinə raketlərlə endirilib. Bundan əlavə, Husilərin hava hücumundan müdafiə qüvvələri Amerikanın MQ-9 pilotsuz uçuş aparatını vurub.

Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları gəminin Yəmən sahillərində hücum nəticəsində zədələndiyini bildirib. Məlumata görə, gəmi iki dəfə Əl Muha şəhərindən cənub-qərbdə 14 dəniz mili (26 km) məsafədə hücuma məruz qalıb.

Birinci hücumda gəminin yaxınlığında partlayış baş verib, ikinci raket isə gəmini zədələyib.

AzVision.az


Teqlər:





Xəbər lenti