Hərbçilərimiz İtaliyada keçirilən yarışlarda iştirak edirlər

Hərbçilərimiz İtaliyada keçirilən yarışlarda iştirak edirlər
  27 Aprel 2024    Oxunub:933
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, səfər çərçivəsində hərbi qulluqçularımız İtaliyanın Hərbi Dənizçilik Akademiyasının komandanlığı və Livorno şəhərinin meri ilə görüşüblər.

Həmçinin təmsilçilərimiz digər iştirakçı ölkələrin nümayəndələri ilə birgə parad və yarış bayraqlarının təhvil-təslim mərasimində, eləcə də yarışa hazırlıq məqsədi ilə keçirilən dəniz məşqlərində iştirak ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti