İlham Əliyev kralı təbrik edib

İlham Əliyev kralı təbrik edib
  15 Dekabr 2015    Oxunub:1316
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.
AzVision.az- ın məlumatına görə, təbrik mətnində deyilir:

"Əlahəzrət, Bəhreyn Krallığının Milli günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram".


Teqlər:  





Xəbər lenti