Nardaranda silah-sursat tapıldı- Həbs edilən var

Nardaranda silah-sursat tapıldı- Həbs edilən var
  11 Dekabr 2015    Oxunub:2534
Nardaranda içərisində silah olan kisə tapılıb.
AzVision.az DİN-nin saytına istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisindən içərisində AKS markalı silah, 39 ədəd patron və patron darağı olan kisə aşkar edilib.

Həmçinin digər bir məlumatda deyilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evindən “F-1” qumbarası və 3,95 qram heroin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti