Bakıda keçirilən növbəti forum başa çatdı

Bakıda keçirilən növbəti forum başa çatdı
  06 İyun 2013    Oxunub:1249
“Azərbaycanın neftdən sonrakı iqtisadiyyatı” mövzusunda Birinci Beynəlxalq Bakı Forumu başa çatıb.
Tədbir çərçivəsində sonuncu görüş Azərbaycan Diplomatik Akademiyasında keçirilib.

Yekun tədbirdə mütəxəssislər forumun nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar. Bütün qitələri təmsil edən mütəxəssislərin və alimlərin paytaxtımızda toplaşdıqları bu günlər ərzində müxtəlif mövzularda 48 təqdimat olub.

Tədbirdə qeyd olunub ki, Forumun Azərbaycanda keçirilməsi heç də təsadüfü deyildir. Çünki Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin əldə etdiyi nailiyyətlər dünyaya məlumdur.

Çıxış edənlər Azərbaycan hökumətinin çoxillik perspektivlərə diqqət göstərməsini yüksək qiymətləndirib, dünyanın üzləşdiyi çətinlikləri birgə həll etməyin mümkünlüyünü diqqətə çatdırıblar. ABŞ-ın “Minillik layihəsi”nin direktoru Jerom Qlenn növbəti 25 ildə dünyada bir çox dəyişikliklərin baş verəcəyini bildirib.

Forum çərçivəsində həmçinin 3D Printer də nümayiş olunub. Bu da Azərbaycanda müasir dövr üçün printer texnologiyası baxımından yenilikdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti