Keniya "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir - FOTOLAR

Keniya "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir -    FOTOLAR
  13 Noyabr 2024    Oxunub:756
​Keniya Respublikasının dövlət xidmətləri və insan kapitalının inkişafı naziri Justin Bedan Njoka Muturi "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
AzVision.az xəbər verir ki, qonaq 14 noyabr 2024-cü il tarixində Bakıda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində “ASAN xidmət”in təşkil edəcəyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdədir.

​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

​Keniya tərəfi “ASAN xidmət” təcrübəsinin öyrənilməsində, burada həyata keçirilən yeniliklərin ölkəsində də tətbiqində maraqlı olduğunu bildirib.

​Həmçinin qonaqlara “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.

AzVision.az

Qalereya




Teqlər: ASANxidmət   Keniya  





Xəbər lenti