Trampın səmimiyyəti Fialanı təəccübləndirib

   Trampın səmimiyyəti Fialanı    təəccübləndirib
  13 Noyabr 2024    Oxunub:731
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığından sonra Çexiyanın baş naziri Petr Fiala Ukrayna münaqişənini həllinin çətin olacağını bildirib.
AzVision.az xəbər verir ki, Trampın ona atəşkəs planı haqqında nə isə dediyi barədə sualın cavabında Çexiyanın baş naziri söhbətin təfərrüatlarını açıqlaya bilməyəcəyini söyləyib. Petr Fiala həmçinin Trampla apardığı telefon danışığının onu təəccübləndirdiyini vurğulayıb.

“Məncə, bu vəziyyəti həll etməyin asan olmayacağını hamımız başa düşürük. Söhbət məni iki səbəbdən təəccübləndirdi. Bu, həqiqətən də açıq müzakirə idi. Tramp məndən Ukrayna-Rusiya münaqişəsi və onun həlli ilə bağlı fikirlərimi soruşdu. Mən habelə söhbətimizin səmimiliyindən və mehribanlığından təəccübləndim”, - Çexiyanın baş naziri bildirib.

Bundan əvvəl Çexiya prezidenti Petr Pavel Trampın ABŞ-da prezident seçkilərində qələbəsinin demokratiyanın zəifliyini nümayiş etdirdiyini demişdi. Çexiya prezidenti Tramp haqqındakı fikrinin məsələyə dəxli olmadığını və prezident kimi hər ikisinin öz ölkələrini təmsil etdiyini vurğulamışdı.

Qeyd edək ki, seçkilərə qədər Donald Tramp haqqında tənqidi fikir söyləyən Qərb ölkələrinin, xüsusən də Avropa liderlərinin, demək olar ki, hamısı indi ABŞ-nin yeni prezidentinin hüsn-rəğbətini qazanmaq üçün az qala növbəyə düzülüblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Fiala   təəccüb  





Xəbər lenti