14 hərbi attaşe məktəbləri gəzdi

14 hərbi attaşe məktəbləri gəzdi
  13 Fevral 2015    Oxunub:4312
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasına, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə tanışlıq səfəri təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, ziyarət zamanı tədris müəssisələri barədə brifinqlər verilib. Hərbi attaşelər müəssisələrin maddi-tədris bazaları ilə tanış olublar.

On dörd dövləti təmsil edən hərbi attaşelər səfərin yüksək səviyyədə təşkili ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti