"Mövsümü gəlməyən meyvə-tərəvəzlər öldürə bilər" - EKSPERT

 "Mövsümü gəlməyən meyvə-tərəvəzlər öldürə bilər" -  EKSPERT
  13 May 2024    Oxunub:1711
Bəzi mütəxəssislər mövsümü olmayan meyvə və tərəvəzlərin istehlakının insan orqanizminə zərəli təsir göstərdiyini bildirirlər. Bu qidaların xərçəng, erkən yetkinlik və qadınlarda erkən menopoz kimi hormonal pozğunluqlara səbəb olduğu qeyd olunur.

Texnologiyanın gündən-günə inkişafı səbəbindən bazarlarda, marketlərdə hər mövsümə aid olan meyvə-tərəvəzlərə rast gəlirik.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova AzVision.az-a bildirib ki, insanlar meyvələrin mövsümünü gözləməyə səbirsizlənirlər.

"Uşaqlar, yaşlılar, xroniki xəstəliyi olanlar mövsümü yetişməmiş meyvə-tərəvəzlərdən istifadə edirlər, ancaq zərərlərindən bixəbərdirlər. Xüsusilə də hamilə qadınlar həm öz orqanizmini, həm də dünyaya gətirəcəkləri körpənin sağlamlığını təhlükəyə atırlar.

Alça, çiyələk, pomidor, xiyar, badımcan kimi meyvə-tərəvəzlər istixanalarda hormonal tərkibli kimyəvi dərmanlarla yetişdirilir. Bəzən də bu qidaları kal şəkildə yetişməmiş yığırlar ki, uzaq məsafəyə daşınarkən xarab olmasın. Bir çox hallarda həmin qidaları qəbul edən insanlarda hormonal balansın, həzm sisteminin pozulması, təhlükəli xəstəliklər müşahidə olunur".



Müsahibimizin sözlərinə görə, bu qidaların istehlakı qəfil ölümə belə gətirib çıxara bilir:

"Bunun tez-tez rastlanan hallarından biri də passiv zəhərlənmədir. Qeyri-mövsüm meyvələrini qəbul etdikdə orqanizm anında reaksiya vermir, amma zamanla zəhərlənmə baş verir. Belə qidaları qəbul etdikdə kimyəvi maddələr qana keçir, orqanizmdən xaric olmur və müəyyən zamandan sonra öz fəsadlarını verməyə başlayır. Yaxşı olar ki, yaşadığımız ölkənin hər fəsillərinə uyğun meyvə və tərəvəzlərdən istifadə edək. Hər şey öz vaxtında gözəldir. Mövsümündə yeyilərsə meyvə-tərəvəzlərin orqanizmə faydası çox olar".

Həmidə İbrahimova

AzVision.az




Teqlər: Meyvə-tərəvəz   Alça   Çiyələk  





Xəbər lenti