İqtidar-müxalifət dialoqu başladı - FOTOLAR

İqtidar-müxalifət dialoqu başladı - FOTOLAR
  12 Fevral 2015    Oxunub:2337
Azərbaycanda növbəti dəfə iqtidar-müxalifət dialoqu keçirilir.

AzVision.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan görüşdə iqtidar tərəfindən YAP-ın təmsilçisi, Prezident Adminstrasiyanın şöbə müdiri Əli Həsənov, onun müavini Tahir Süleymanov və şöbənin sektor müdiri Elman Paşayev iştirak edir.

Müxalifəti isə dialoqda Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Xalq Partiyasının sədri Pənah Hüseyn, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və digərləri təmsil edir.

Görüş Ə. Həsənovun çıxışı ilə başlayıb və hazırda davam edir.











Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti