“Ermənilər axmaq, təlxəkdirlər...” – Azərbaycanlı deputat

“Ermənilər axmaq, təlxəkdirlər...” – Azərbaycanlı deputat
  12 Fevral 2015    Oxunub:1495
“Axmaqlığın yekəliyinə bax! Bu bir erməni riyakarlığıdır ki, düşmən bizim girovlara vəkil tutur. Bu ağlasığmaz bir haldır”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Xocalı şəhərindən olan deputatı Elman Məmmədov deyib.

E. Məmmədov Kəlbəcər girovları Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma “Apellyasiya Məhkəməsi”nin Xocalı faciəsinin ildönümü günü - fevralı 26-da keçiriləcəyinə münasibət bildirib.

Millət vəkili qeyd edib ki, indi sözü beynəlxalq təşkilatlar deməlidir, görək onların vicdanları nə vaxt oyanacaq:

“Heç bir hüququ olmayan, heç kəs tərəfindən tanınmayan bir qurumun saxta, cinayətkar “məhkəmə”lərinin verdikləri qərarların hüquqi əsaslarının olub-olmamasından söhbət belə gedə bilməz. Bu sadəcə olaraq ermənilərin növbəti təlxəklikləri, çıxardıqları oyundur. Onlar özlərini, qurumlarını sanki kiməsə tanıtmaq və göstərmək iddiasındadırlar. Ermənilər həmişə belə təlxək olublar.
Allahın köməkliyi ilə biz girovlarımızı öz gücümüzlə azad edəcəyik. Girovlarımızın azad edilməsi istiqamətində biz ermənilərdən heç bir müsbət addım gözləmirik. Azərbaycan tərəfi girovlarımızın azad edilməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb. Bu gün də o müraciətlər davam etdirilir. Bizim girovlarımızın Azərbaycanda vəkilləri var. Onların azad edilməsi ilə bağlı iş Beynəlxalq məhkəməyə göndərilib. Biz beynəlxalq təşkilatlardan, BMT-nin İnsan Hüquqlarının Qorunması üzrə Komitədən, Məcburi Köçkünlərin Ali Komissarlığından, Beynəlxalq Qızıl Xaç Komitəsindən, vasitəçi rolunu oynayan, amma ermənilərlə eyni mövqeyi tutan ATƏT-in Minsk Qrupundan bu haqsızlığa, ədalətsizliyə son qoyulması istiqamətində müəyyən faəliyyətlər gözləyirik”.

Qeyd edək ki, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev qondarma “məhkəmə”nin qərarına etiraz edərək bildiriblər ki, onlar heç-bir qanunu pozmayıblar, yalnız öz ata-baba torpaqlarını ziyarət ediblər.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti