Azərbaycandan xarici QHT-lərə məhdudiyyət

Azərbaycandan xarici QHT-lərə məhdudiyyət
  12 Fevral 2015    Oxunub:1333
Nazirlər Kabineti “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nda dəyişiklik edib.
AzVision.az xəbər verir ki, dəyişiklik xarici dövlətlərin qeyri-hökumət təşkilatlarına Azərbaycan Respublikasında nümayəndəlik və ya filial yaradılması ilə əlaqədar məhdudiyyət qoyulması ilə əlaqədardır.

Belə ki, yeni dəyişikliyə görə, Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatları (QHT) bir nümayəndəlik və ya filial yarada bilərlər.

Dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədi ilə danışıqların başlanması üçün təşkilatın səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinə yazılı müraciət etməlidir.


Teqlər:





Xəbər lenti