Prezidentin fərmanı ləğv edildi

Prezidentin fərmanı ləğv edildi
  11 Fevral 2015    Oxunub:2829
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 739 nömrəli sərəncamının tətbiqi ilə əlaqədar qərara alıb ki, "Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli fərmanı ləğv edilsin.


Teqlər:  





Xəbər lenti