Taekvondoçu Bakının elçisi oldu - FOTO

 Taekvondoçu Bakının elçisi oldu - FOTO
  11 Fevral 2015    Oxunub:1483
Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Britaniyalı taekvondo idmançısı Ceyd Consun bu yay keçiriləcək birinci Avropa Oyunlarının beynəlxalq İdman Elçisi olacağını elan edib.

AzVision.az xəbər verir ki, Ceyd Cons 2012-ci il London Olimpiya Oyunlarında 57 kiloqram çəki dərəcəsində Böyük Britaniyanın taekvondo üzrə qızıl medal qazanmış ilk idmançısı olub. O, həmçinin, 2011-ci ildə Cənubi Koreyanın Cyoncu şəhərində Taekvondo üzrə keçirilən Dünya Çempionatında gümüş medal qazanıb. Digər bir gümüş medala isə keçən ilin may ayında Bakıda keçirilən 2014-cü il Taekvondo üzrə Avropa Çempionatında layiq görülüb.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: "Bu cür məşhur Olimpiya çempionunun Bakı 2015-in elçisi olması ilk Avropa Oyunları üçün böyük nailiyyət və Oyunlara hansı miqyasda idmançıların cəlb ediləcəyinin dəlilidir. Mən əminəm ki, Ceyd beynəlxalq İdman Elçisi kimi Avropa Oyunlarını Böyük Britaniyada təbliğ etməkdən zövq alacaq və biz onun bu yay Bakı şəhərində keçiriləcək Oyunlarda möhtəşəm performans göstərəcəyinə ümid edirik."

AzVision.az


Teqlər:  





Xəbər lenti