Lamiyənin keçmiş nişanlısının vəziyyəti pisləşdi

Lamiyənin keçmiş nişanlısının vəziyyəti pisləşdi
  11 Fevral 2015    Oxunub:2776
Vəkil Adəm Məmmədov Lamiyə Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyevlə görüşüb.
Bu barədə AzVision.az-a danışan vəkil qeyd edib ki, Vüqar Əliyevin səhhətində ciddi problemlər var.

`Səhhəti yaxşı deyil. Həm ürəyi ağrıyır, həm də psixoloji problemləri var`,-deyə A. Məmmədov qeyd edib.

Qeyd edək ki, V. Əliyev 2003-cü ildə həbs edilib. Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu öldürməkdə təqsirləndirilən Vüqar Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük, onun keçmiş nişanlısı Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olan zaman Lamiyə Quliyevaya qarşı Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisinin normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb və cəzası 5 il 6 ay artırılıb.




Teqlər:





Xəbər lenti