Prezident indiki və eks nazirlə görüşdü
Fransa Senatın üzvü, keçmiş nazir Jan-Mari Bokel Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə bu qurumda çalışmasını və eləcə də iki il bundan əvvəl Fransa nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etməsini məmnunluqla xatırladı.
Görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində, eləcə də ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Əlcəzair Xalq Demokratik Respublikasının energetika naziri, Prezidentin xüsusi elçisi Yosef Yusfini qəbul edib.
Yosef Yusfi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın məktubunu dövlətimizin başçısına təqdim etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edildi, energetika sahəsində əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzVision.az