Müsavat iqtidarla dialoqdan `qaçdı`

Müsavat iqtidarla dialoqdan `qaçdı`
  11 Fevral 2015    Oxunub:1713
Müsavat Partiyası iqtidar-müxalifət dialoqunda iştirak etməyəcək.
Bu barədə AzVision.az-a partiyadan bildirilib. Müsavatın yayıdğı məlumatda partiyanın iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirdiyi qeyd olunub.

Müsavat Partiyası hesab edir ki, bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir.

Müsavat görüşdən imtina etməsinə səbəb kimi qeyd edib ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bir qrup siyasi partiyaların rəhbərləri ilə təyin olunan görüşün mahiyyəti iqtidar nümayəndələri tərəfindən müxtəlif cür təqdim olunur. Bu görüşdə müzakirə ediləcək məsələlər əvvəlcədən razılaşdırılmayıb. Görüşün formatının hansı prinsiplərlə müəyyənləşdirildiyi məlum deyil. Bu baxımdan Müsavat görüşdə iştirak etməyəcək.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti