TQDK sədrindən önəmli açıqlama

TQDK sədrindən önəmli açıqlama
  11 Fevral 2015    Oxunub:1558
Özəl ali təhsil müəssislərinə qəbul planı ötən illə müqayisədə bu il 0.88% (55 yer), artıb, 6294 yer müəyyən edilib. Ayrılan plan yerlərinin 56,40%-i Azərbaycan, 3,73%-i nrus, 39,86 %-i hər iki bölmə abituriyentlərinin birgə müsabiqəsi üçün nəzərdə tutulub.
AzVision.az xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, qruplar üzrə planın 16,27%-i I ixtisas qrupu, 51,80% II ixtisas qruöu, 27,88% III ixtisas qrupu, 4,05%-i IV ixtisas qrupuna aid olub.

“Ötən il olduğu kimi bu il də qəbul planının əsas hissəsi (79.68%) ikinci və üçüncü ixtisaslar üçün nəzərdə tutulmuşdu. Özəl ali təhsil müəssisələrinin birinci ixtisas qrupda qəbul planı dövlət ali təhsil müəssisələrinin müvafiq qrup üzrə qəbul planının 9.34, dördüncü qrup üzrə 6.13%-nə bərabər olduğu halda, ikinci qrup üzrə 42.63, üçüncü qrup üzrə 20.18%-nə bərabər olub. Bütün qruplar üzrə ümumilikdə götürdükdə isə, özəl ali təhsil müəssisələrində qəbul dövlət ali təhsil müəssisələrinin qəbul planının 20%-i qədər olub”.

TQDK sədri onu da vurğulayıb ki, qəbul nəticələrinin təhlili müsabiqədə iştirak edən abituriyentlərin 27.44% (9863nəfər) öz ərizələrində özəl təhsil müəssisələrinin ixtisaslarını da qeyd edib. Onların 624 nəfəri ərizələrində yalnız özəl ali təhsil müəssisələrini qeyd edib.

“Özəl ali təhsil müəssisələribdən fərqli olaraq dövlət ali təhsil müəsisələrində dördüncü ixtisas qrupu istisna olmaqla bütün qruplarda müsabiqə şəraiti mövcud olub. Ən zəif müsabiqə birinci ixtisas qrupu (1.044), ən yüksək müsabiqə ikinci ixtisas qrupunda (1.296) olub. Təhlillər göstərir ki, abituriyentlərin bir hissəsi özəl ali təhsil müəssisələri ilə müqayisədə dövlət ali təhsil müəssisələrini seçir. Abituriyentlərin belə gözlənilməz seçim etmələrinin səbəbi, təhsil haqqını, diplomun əmək bazarındakı dəyərini və ali təhsil müəssisəsindəki təhsilin səviyyəsini misal göstərmək mümkündür. Buna görə də, dövlət ali təhsil müəssisələrinin plan yerlərinin dolma faizi dördüncü qrup istisna olmaqla qalan qruplarda 88%-0dən çox olub. Ən yüksək nəticə ikinci ixtisas qrupunda olub 97.71% təşkil edib”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti