Şagirdlər məktəbdən niyə yayınır? - AÇIQLAMA

Şagirdlər məktəbdən niyə yayınır? - AÇIQLAMA
  11 Fevral 2015    Oxunub:1606
“Məktəblərdən yayınma halları, şagirdlərin orta məktəb təhsilini davam etdirməməsi bizi düşündürür”
AzVision.az xəbər verir ki, bu fikirləri təhsil nazirinin müavini Ceyhun Bayramov “Abituriyent” jurnalının 12-ci sayının təqdimat mərasimində çıxışı zamanı deyib. O vurğulayıb ki, bu problem müxtəlif faktorlardan qaynaqlanır:

“Burada regionlardakı vəziyyət, gender amili və s. Bu kimi müxtəlif səbəblər var. Bu sahədə müvafiq dövlət qurumları ilə işləyirik və hamımız səylərimizi birləşdirməliyik. Bu il 15 mindən artıq şagird birinci sinfə 7 yaşı tamam olandan sonra gedib”.

C.Bayramov əlavə edib ki, qəbul imtahanlarında müəllimlik ixtisasını birinci seçənlərin sayı artıb: “500 baldan artıq bal yığan 699 məzundan 546 nəfəri müəllimlik ixtisasını qəbul yerlərində birinci yazıb. Bu, sevindirici haldır”.

Görülən müxtəlif işlərin faiz göstəricisini müəyyən etmək üçün statistik məlumatların vacibliyini vurğulayan nazir müavini ali məkəbə qəbulda rəqabət göstəricisinin aşağı düşdüyünü deyib: “Görülən işlərin 2007-2013-cü illər ərində məktəb məzunlarının sayı 25 min azalıb, qəbul planı 10 minə yaxın artıb. Bu, onu göstərir ki, bir yerə görə rəqabət göstəricisi aşağı düşüb, bu da orta bala təsir edir”.

C.Bayramov 5, 6 və 7-ci siniflərdə kurikulum təhsil sisteminə keçiddən də danışıb: “Bu uşaqlar ilk dəfə olaraq Azərbaycanda yeni təhsil proqramlarına keçiblər. Kurikulumun tətbiqi həm Azərbaycan müəllimi, həm də Azərbaycan məktəbi üçün yenilik oldu. 1 il ərzində 600 mindən çox insan sınaqlarda, müxtəlif imtahanlardan keçdi. Bu çox böyük rəqəmdir”.

Fatimə Kərimli
AzVision.az


Teqlər:  





Xəbər lenti