Məhkuma gətirilən tortdan telefon çıxdı

Məhkuma gətirilən tortdan telefon çıxdı
  11 Fevral 2015    Oxunub:1414
Həbsxanaya gətirilən tortdan mobil telefon çıxıb.
AzVision.az-ın Penitensiar xidmət İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Hicran Rəcəb oğlu Xalıqova gətirilən sovqata baxış keçirilib.

Xırdalan şəhər sakini Natiq Zahid oğlu Hüseynov tərəfindən məhkuma gətirilmiş sovqatın içərisində tort olan qabın alt hissəsində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yeri aşkarlanıb.

Həmin yerdən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti