`“Oğlanlar ali məktəblərə sənəd vermir”

`“Oğlanlar ali məktəblərə sənəd vermir”
  11 Fevral 2015    Oxunub:1741
“2014-cü ildə orta məktəbi bitirənlərdən 55 min 609 nəfəri ali məktəblərə qəbul üçün ərizə verdi, 29 774 nəfər isə əksinə, ərizə vermədi. Biz buraxılış imtahanlarında heç nə bilməyənlər ilə nəyisə bilənləri, qəbul imtahanlarında isə yaxşı bilənlərlə ən yaxşı bilənləri fərqləndiririk”.
AzVision.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məelykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimat mərasimində deyib. O vurğulayıb ki, ali məktəbə qəbul üçün sənəd verməyən şagirdlərin əksəriyyəti 2-3 qiyməti alanlardır:

“Faiz göstəricilərinə gəlincə isə sənəd verməyən şagirdlərdən 61%-i oğlan, 39%-i qızdır. Onlardan 89%-i kənd, 11%-i isə şəhər məktəblərində təhsil alanlardır. Şəhərdə ali məktəbə sənəd vermə faizi 85-dirsə, rayonlarda bu göstərici 30 faizdən aşağıdır”.

M.Abbaszadə 2014-cü ildə ali məktəblərə qəbul olan şagirdlərin buraxılış imtahanlarında göstərdiyi nəticələri də elan edib: “Bu abituriyentlərin əksəriyyəti buraxılış imtahanlarında 4-5 qiymətlər alanlardır. Onlardan 50% qız, 50% oğlan. Bölgələr üzrə 46%-i kənd, 54%-i isə şəhər məktəblərində təhsil alan şagirdlər olub”.

Fatimə Kərimli
AzVision.az


Teqlər:  





Xəbər lenti