`11-ci sinifdə qızların sayı azalır`

`11-ci sinifdə qızların sayı azalır`
  11 Fevral 2015    Oxunub:1684
“1995-ci ildən bu günə kimi qızların ölkə üzrə bilik səviyyəsini dəyərləndiririk. Ümumi ölkə üzrə qızların da ali məktəblərə qəbul sayı oğlanlarla eynidir, amma müxtəlif regionlarda bu rəqəmlər fərqlənir”.
AzVision.az xəbər verir ki, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məelykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimat mərasimində çıxışı zamanı deyib.

O vurğulayıb ki, ali məktəb imtahanlarında cənub bölgəsindən olan qızların sayı azdır:

“Bu nəticəni buraxılış imtahanlarında da müşahidə edirik. 9-cu sinifdə qızların sayı kifayət qədər olsa da, 11-ci sinifdə onların sayı azalır. Bu məsələni Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komissiyası ilə birlikdə mart ayında müzakirə edəcəyik. Hesab edirəm ki, buna diqqətli yanaşmalıyıq”.

Komissiya sədri əlavə edib ki, ikinci məsələ neft və qaz sahəsində mütəxəssis hazırlığı ilə bağlıdır:

“1992-ci 260 yerə 142 sənəd verilib, 90 nəfər qəbul olunub, 2013-cü ildə 400 yerə 3 min nəfər sənəd vermişdi. Bu abituriyentlərin hamısı 150 baldan çox toplamışdılar. Bakı Ali Neft məktəbinə 600, ADNA-ya 500-dən çox bal toplayanlar qəbul olur”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti