Qubad İbadoğludan Arif Hacılıya “tərs şillə”

Qubad İbadoğludan Arif Hacılıya “tərs şillə”
  11 Fevral 2015    Oxunub:2019
`Nifrətiniz gözünüzü pərdələyib, qan çanağına döndərib`.
Müsavatdan çıxarılan başqanlığa sabiq namizəd Qubad İbadoğlu başqan Arif Hacılının ittihamlarına sərt cavab verib.

AzVision.az xəbər verir ki, Q.İbadoğlu Müsavat başqanının ona və tərəfdarlarına şər, böhtün atdığını deyib.

“Arif Hacılı 90-cı illərdən qalma klassik üslubuna bir daha sadiqliq nümayiş etdirib, pafos və böhtan dolu bir yazını “bizim missiyamız” adı altında gün üzünə çıxarıb və elə hey məni anti-Müsavat kampaniyası aparmaqda, təhqir və böhtan yazmaqda ittiham edib. Hətta yazdıqca bir az da cuşa gəlib, uydurma fikirlərini dırnaq içərisinə salaraq məni qaralamaq üçün ictimaiyyətə nələrisə təlqin etməyə çalışıb. Gedin bir də oxuyun. Görün ki, bütün açıqlamalarımın ruhunda partiya daxilində barışa, sülhə, həmrəyliyə çağırış var.

Ancaq yüz dəfə də oxusanız, bu işığı görə bilməyəcəksiniz, çünki mənə və ədalət, şəffaflıq, yenilik, dəyişiklik istəyən müsavatçılara olan nifrətiniz gözünüzü pərdələyib, qan çanağına döndərib”.

Q.İbadoğlu qeyd edib ki, A.Hacılın onunla bağlı yazdığı məqalə birinci cümləsindən sonuncuya, təpədən-dırnağa kimi şər, böhtan, nifrət, irin və çirkabla doludur.
“Tapşırığınızı icra edən simasızları qoyuram bir qırağa, təkcə iki qardaşınızın mənim ünvanıma söylədikləri uyduma böhtan və təhqirlərə görə şeytan da onlara həsəd aparar. Bunlar heç şeytanın da ağlına gələ bilməzdi!

Missiyanızı oxuyub, “təsirlənməmək” əldə deyil. Görün, partiyanı nə günə qoymusunuz. Bax budur, Sizin demokratiya anlayışınız! Demokratiya faizlə ölçülmür, Arif Hacılı, az və ya çox demokratiya yoxdur. Demokratiya ya var, ya da yoxdur!

Qaldı yazdığınız “anti - Müsavat mövqeyi ilə seçilən Rəsul Quliyev, Zərdüşt Əlizadə, iqtidar təbliğatının ruporu olan televiziya kanalları, mətbuat orqanları” ittihamına, mən nə Rəsul Qulyevin, nə də Zərdüşt Əlizadənin həqiqi Müsavata qarşı çıxdıqlarını görməmişəm. Məgər Rəsul bəy, Zərdüşt bəy və məni müdafiə edən onlarla digər siyasətçilər düşündüklərini söyləmək üçün Arif Hacılıdan ərizələrinə dərkənar qoymağı gözləməlidirlər?!

İftira atırsınız, mən iqtidar təbliğatının ruporu olan televiziya kanallarına, mətbuat orqanlarına müsahibə verməmişəm, partiyada barışıq olması, ocağın körüklənməməsi naminə dəfələrlə onların dəvətini geri çevirmişəm. Yalnız ANS kanalında danışımışam. Onda da həmişəki kimi sizə səslənmişəm: “Müsavatı parçalamayaq, gəlin oturub, hər şeyi müzakirə edək, problemdən yeganə çıxış yolu ədalət istəyən müsavatçıların partiyadan qovulması deyil, açıq müzakirədir”, demişəm, bütün sivil vasitələrdən istifadə etməyə çağırmışam.

Gedin yazdıqlarınızı soyuq başla bir də oxuyun, ya da ədalətinə ən çox güvəndiyiniz adama oxutdurun, onda biləcəksiniz ki, bu irin-qan yığnağı Müsavatın missiyası ola bilməz, bu sizin “qəzəb gəldi, ədəb getdi” missiyanızdır. Bu missiyanın isə Müsavata dəxli yoxdur!”.

AzVision.az


Teqlər:  





Xəbər lenti