Bakıda arvad döşəmə ağacı ilə ərini döydü

Bakıda arvad döşəmə ağacı ilə ərini döydü
  11 Fevral 2015    Oxunub:2599
Ötən gecə Bakının Binəqədi rayonunda kişi arvadı tərəfindən döyülüb.

Gecə saat 1 radələrində evə içkili halda gələn C.B. həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı kişi ailə üzvlərini söyməyə başlayıb. Daha sonra uşaqları vurub.

Kişini sakitləşdirməyə çalışsalar da, buna nail olmaq mümkün olmayıb. Nəticədə C.B.-nin həyat yoldaşı pol ağacı ilə onu vurub. Bir neçə zərbədən sonra kişi huşunu itirib.

Sonradan ona tibbi yardım göstərilib. Kişi özünə gəlib. Xoşbəxtlikdən onun ciddi xəsarət almadığı müəyyən edilib.(Anspress)


Teqlər:  





Xəbər lenti