İlham Əliyev xanımı ilə Davosa gedir

İlham Əliyev xanımı ilə Davosa gedir
  20 Yanvar 2015    Oxunub:3034
Bakı 2015 Avropa Oyunları İsveçrənin Davos şəhərində keçiriləcək 45-ci Dünya İqtisadi Forumunda yüksək səviyyədə təqdim ediləcək.

AzVision.az-ın məlumatına görə, ölkəmizi forumda Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, “Bakı 2015” Avropa Oyunlarının təşkilat komitəsinin sədri Mehriban Əliyevə təmsil edəcək.

Eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin sədri olan prezident İlham Əliyev və Patrik Hikkey “Bakı 2015 Təşkilat Komitəsi tərəfindən “InterContinental Davos” otelində yüzlərlə siyasi liderlər və aparıcı biznes rəhbərlər üçün təşkil olunacaq naharda çıxış edəcəklər.

Həmin oteldə iyunda keçiriləcək Avropa Oyunları haqqında sərgi də artıq ziyarətçilər üçün açılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti