Bərdədə xüsusi əməliyyat - həbs edilənlər var

Bərdədə xüsusi əməliyyat - həbs edilənlər var
  11 Dekabr 2014    Oxunub:1944
Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda keçirilən əməliyyat barədə məlumat açıqlayıb.
DİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində Bərdə rayonunda növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Nazirliyin xüsusi təyinatlı polis qüvvələri cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Rayon Polis Şöbəsi əməkdaşlarının dünən və bu gün həyata keçirdikləri tədbirlərlə 7 Bərdə sakini saxlanılıb. Onların 5-i əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Həmin şəxslərin üzərlərinə baxış zamanı 1 tapança, 5 qumbara, müxtəlif çaplı 145 ədəd patron, 1 ov tüfəngi və 1 kiloqrama yaxın ağır növ narkotik vasitələr aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Teqlər:





Xəbər lenti