Müəllimlərə müəammalı SMS: “Siz yəhudisiniz?”

“Hökumətin aramızda kimin yəhudi olduğunu öyrənmək üçün şəxsi telefonlara mesaj göndərməsi inanılmaz dərəcədə pisdir”, - Barnard kollecinin dosenti Debbi Bexer detib.
Sorğunun mətnində “müvafiq olanların hamısını seçin” sualı olub və sonra variantları sadalanıb: “mən yəhudiyəm”, “mən israilliyəm”, “mən yəhudi və ya israilliyəm”, “mən yəhudiliyə etiqad edirəm”.
Hakimiyyət orqanlarının hərəkətləri müəllimlərə təzyiq forması və söz azadlığını boğmaq cəhdi, xüsusən də İsrailin tənqidi kimi qiymətləndirilib. Eyni zamanda, EEOC kollec rəhbərliyinə göndəriləcək ələcək poçt göndərişləri barədə əvvəlcədən xəbərdarlıq etməyib. Yalnız müəllimlər onlara suallarla müraciət etdikdən sonra universitet rəhbərliyi əməkdaşların əlaqə məlumatlarının sorğu əsasında agentliyə ötürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, Barnard Kolleci Kolumbiya Universiteti ilə bağlıdır və son aylarda İsrailin Qəzza zolağındakı hərəkətlərinə qarşı tələbə etirazlarının mərkəzinə çevrilib. “The Intercept” portalı bildirir ki, pedaqoqlar EEOC da daxil olmaqla federal qurumların İsrailə qarşı artan tənqidlər fonunda siyasi təzyiq və ifadə azadlığını boğmaq üçün istifadə oluna biləcəyindən narahatlıqlarını ifadə ediblər.
Sahil İsgəndərov
AzVision.az