Klimenko: “Kiyevə HHM sistemləri lazımdır”

      Klimenko:    “Kiyevə HHM sistemləri lazımdır”
  24 Aprel 2025    Oxunub:290
Bu qədər raket və dronları vurmaq üçün Ukraynada kifayət qədər hava hücumundan müdafiə (HHM) qüvvələri yoxdur.
AzVision.az xəbər verir ki, Ukraynanın Daxil İşlər naziri İqor Klimenko belə bəyanat səsləndirib.

Xatırladaq ki, bir müddət əvvəl Almaniyanın “Bild” qəzeti ABŞ prezidenti Donald Trampın Ukrayna ilə “Patriot” HHM sistemlərinin satışına dair 50 milyard dollarlıq müqavilədən imtina etdiyini yazmışdı.

“Kiyev onların Rusiyanın dondurulmuş aktivləri və Aİ vəsaitləri hesabına alınmasını təklif edib. Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın hücumlarından müdafiə olunmağın vacibliyini vurğulayaraq 15 milyard dollara 10 Patriot sistemi almağa hazır olduğunu desə də, Tramp bu təklifi rədd edib”, - həmin xəbərdə deyilirdi.

Zelenski təcili şəkildə Ukraynaya qayıdıb - VİDEO
Bu məsələ ilə bağlı jurnalistlərin verdiyi sualın cavabında Donald Tramp ukraynalı həmkarının həmişə raketlər almaq istədiyini, lakin bunun əhəmiyyəti olmayacağını vurğulayıb.

“O, həmişə raketlər almaq istəyir. Ancaq onu udacağınızı biləndə müharibəyə müharibəyə başlamalısınız. Siz 20 dəfə böyük olan düşmənlə döyüşə və kimsə sizə raketlər verəcəyinə ümid edə bilməzsiniz”, - ABŞ prezidenti Kiyevi bir növ xəyallardan uzaqlaşmağa çağırıb.

Qeyd edək ki, bu gecə Rusiyanın kütləvi hücumu səbəbindən Ukrayna prezidenti Volodimir Zelenski Cənubi Afrika Respublikasına (CAR) səfərini yarımçıq qoyub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   HHM  





Xəbər lenti